Kənd Təsərrüfatı Nazirliyi cari ildə ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyini proqnozlaşdırır. Bu barədə nazirliyin məlumatında deyilir.
“Bu il ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da dövlət başçısı tərəfindən nazirlik qarşısında barama istehsalı ilə bağlı müəyyən edilmiş hədəflərdən təxminən 2 dəfə çoxdur”, – deyə məlumatda bildirilir.
Artıq bir sıra rayonlarda yaş barama məhsulunun tədarükünə başlanılıb.
31 may 2017-ci il tarixinə “Şəki İpək” ASC tərəfindən respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu qəbul edilib.*
A.Axundov