İyunun sonunda Azərbaycan və Polşa arasında strateji tərəfdaşlığa dair saziş imzalanacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə bildirib.
“Azərbaycan prezident İlham Əliyev 27-28 iyun tarixlərində Polşaya rəsmi səfər edəcək. Səfər çərçivəsində tərəflər arasında strateji tərəfdaşlığa dair saziş imzalanacaq”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Onun sözlərinə görə, hazırda tərəflər bu səfərə hazırlıq işləri ilə məşğuldur.
“Səfər çərçivəsində Polşa və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq”, - deyə mənbə əlavə edib. **
F.İsazadə