Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin may ayında valyuta hərraclarında $300,3 mln. ümumi məbləğdə valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
«May ayı ərzində ARDNF $300,3 mln. məbləğində valyuta satıb», - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ARDNF 2017-ci ilin aprel ayında valyuta hərraclarında $220,8 mln. məbləğində valyuta satıb. Beləliklə, mayda valyuta satışının həcmi aprel ayı ilə müqayisədə 36% artıb.
Yanvar-may aylarında ARDNF ümumilikdə $1 mlrd. 314,52 mln. ümumi məbləğində xarici valyuta satıb (ötən ilin yanvar-may ayları ilə müqayisədə azalma 33,8% - İF-Az).
2016-cı ildə ARDNF ümumilikdə $4,9 mlrd. ümumi məbləğində xarici valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
A.Əzizov