2017-ci il mayın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $4 mlrd. 825,4 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2016-cı ilin sonuna AMB-nin valyuta ehtiyatları $3 mlrd. 974,4 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-may aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 21,4% artıb.
May ayında AMB-nin valyuta ehtiyatları $206,1 mln. və ya 4,5% artıb.
Xəbər verildiyi kimi, 2016-cı ildə Mərkəzi Bankın valyuta ehtiyatları 20,8% azalıb.**
A.Əzizov