2016-cı ildə “Aqrolizinq” ASC 13 mln. 835,777 min manat məbləğində vəsaiti silib.
ASC-nin auditdən keçən illik maliyyə hesabatına əsasən, bu vəsait Nazirlər Kabinetinin qərarları əsasında silinib.
Xüsusilə, Nazirlər Kabinetinin qərarına görə, debitor borcları üzrə 40%lik güzəşt çərçivəsində 13 mln. 412,589 min manat məbləğində silinib.
Bundan başqa, Maliyyə Nazirliyinin təklifi əsasənda 2016-cı ilin avqust aynda Nazirlər Kabineti “Qara İnək” fermer təsərrüfatının “Aqrolizinq” qarşısında 423,188 min manat məbləğində borcunun silinməsinə dair qərar qəbul edib. **
A.Əzizov