Rəsmi Bakı Vaşinqtonla əməkdaşlığın genişləndiriməsinə ümid edir. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov bu gün jurnalistlərə deyib.
"Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var", - deyə N.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin salına cavabında bildirib.
N.Məmmədovun sözlərinə görə, Donald Trampdan daxil olan iki məktubda yeni əməkdaşlıq səviyyəsi üçün imkanlar izlənilir.
“Bununla yanaşı, D.Tramp ABŞ-İslam dünyası sammitində çıxışlar zamanı ABŞ-ın dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq prinpsiplərini qeyd edib. Biz bu prinsipləri bəyənirik”, - deyə o qeyd edib.
N.Məmmədov vurğulayıb ki, Bakı “Vaşinqtonla qarşılıqlı əlaqələrin yeni səviyyəsi üçün zəruri addımlar atır”. **
A.Əzizov