Bakı yayda istirahət günlərində turistlər üçün TOP-5-ə daxildir. Bu barədə “TurStat” analitik agentliyi qeyd edir.
“Minsk, Praqa, Tbilisi, Bakı, Tallin, Riqa, Vilnüs, İrəvan, Barselona və Roma yayda istirahət günlərində səfər etmək üçün populyar şəhərlərin ilk onluğuna daxldir”, - deyə agentlikdən bildiriblər.
Reytinq yayda istirahət günlərində hotellərin onlayn bronlaşdırılma sisteminin məlumat bazasının nəticələri əsasında təqdim olunub.
“TurStat”ın məlumatına görə, Bakıya yayda istirahət günlərində rusiyalı turistlər orta hesabla 2,5 günə səfər ediblər və sutkada istirahətə $85 sərf edirlər.
“Rusiyalı turistləri xüsusilə 23-25 iyun tarixlərində keçiriləcək Formula-1 Qran-Pri Azərbaycan, həmçinin 27-30 iyul tarixlərində baş tutacaq “Jara” musiqi festivalı cəlb edir”, - deyə agentlik vurğulayıb. **
A.Əzizov