Azərbaycanda turagentlərə ödəmələrin nağdsız qaydada həyata keçirilməsi təklif edilir.
Milli Məclisin Əmək və sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Turizm haqqında” qanuna müvafiq dəyişikliklər müzakirəyə çıxarılıb.
Qanunun 10-cu maddəsinə təklif edilən dəyişikliyə əsasən turagentlərə ödəmələr nağdsız qaydada həyata keçirilməlidir.
Dəyişiklilər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda, həmçinin “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Əmək pensiyaları haqqında” qanunları və Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib. Bu dəyişikliklərə görə, bütün ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.*
R.Babayev