Azərbaycan prezidenti İlham Əliyev general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Inerfaks-Azərbaycan” agentliyinə məlum olduğu kimi, Dövlət Sərhəd Xidmətində sturktur dəyişiklikləri həyata keçirilib. Həmin dəyişikliklər çərçivəsində ayrıca sərhəd qoşunlarının komandanı vəzifəsi yaradılır. İndiyədək DSX rəisi avtomatik olaraq sərhəd qoşunlarının komandanı və rəisi olub. **
F.İsazadə