Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivısində məqsədyönlü addımlar atır. Bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov bəyan edib.
“Azərbaycan hökumətinin yürütdüyü siyasətdə korrupsiyaya qarşı mübarizə vacib prioritetdir. Tam əminliklə demək olar ki, bu gün ölkədə uğurlu antikorrupsiya fəaliyyəti üçün bütün şərait var”, - deyə Z.Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında bildirib.
Onun sözlərinə görə, respublikada bu istiqamətdə məqsədyönlü adaımlar atılır. “Biz korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif konvensiyalara qoşulub. Antikorrupsiya mübarizəsinə dair üç Milli Plan uğurla həyata keçirilib. Bu gün dördüncü planın reallaşdırılır”, - deyə Z.Qaralov qeyd edib.
O, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı və müsəlman dünyasının ölkələri ilə uğurlu əməkdaşlığı vurğulayıb. “Müsəlman ölkələri ilə əlaqələrimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda qurulub. İqtisadi və siyasi münasibətlər möhkəmlənir. Azərbaycan İƏT ilə sıx əməkdaşlıq edir, bu təşkilat çərçivəsində ticari, nəqliyyat və digər layihələrin reallaşdırılmasına töhfə verir”, - deyə Z.Qaralov bildirib. **
R.Babayev