Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə sabitliyi pozmaq cəhdinin qarşısını alıblar və nəticədə Ermənistana işləyən bir qrup şəxs tutulub. Bunu baş prokuror Zakir Qaralov deyib.
«Mayın 7-də Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanları məlum hadisələrlə (erməni casuslarının həbs edilməsi – İF) bağlı birgə bəyanatla çıxış edib. Azərbaycan dövləti müharibə şəraitində yaşayır. Heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan ordusuna və əsgərinə ləkə vuraraq xələl gətirsin. Belə cəhdlərin qarşısı alınıb və dövlətimiz üçün bu gün hər hansı bir təhlükə yoxdur", – deyə o, jurnalistlərlə söhbət zamanı Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bir qrup hərbçi və mülki şəxsin ifşa olunaraq həbs edilməsi ilə bağlı məsələni şərh edərkən bildirib.
Baş prokuror KİV-ləri bu məsələni işıqlandırmaqdançəkinməyə çağırıb. “Bu, Azərbaycanın düşmənlərinin maraqlarına xidmət edə bilər. Bu cinayət işində dövlət sirrini təşkil edən məlumatlar var. Buna görə də KİV-ləri bu materialları işıqlandırmaqdançəkinməyə çağırıram”, - deyə Z.Qaralov vurğulayıb.
Onun sözlərinə görə, bu günədək Baş Prokurorluq sözügedən iş üzrə qeyri-mötəbər məlumatlar dərc etmiş 6 KİV orqanına rəsmi xəbərdarlıq edib.
Z.Həsənov əlavə edib ki, ilkin istintaq başa çatdıqdan sonra ölkə ictimaiyyətinə cinayət işinin təfərrüatları məlumat veriləcək.*
R.Babayev