ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.**
F.İsazadə