Azərbaycanın Gəncə şəhəri turistlər arasında MDB-nin tarixi şəhərləri arasında ilk beşliyə daxildir. Bu barədə “TurStat” analitik agentliyi məlumat verib.
“MDB-nin tarixi şəhərlər arasında Türkistan (Qazaxıstan), Səmərkənd (Özbəkistan), Buxara (Özbəkistan), Taraz (Qazaxıstan) və Gəncə (Azərbaycan) turistlər arasında ən populyardlr”, - deyə agentliyin MDB-nin tarixi şəhərlərinin zəngin tarixi və mədəni isrisnə görə turistlər arasında səyahətə dair tərtib olunan reytinqdə qeyd olunur.
“TurStat”ın məlumatına görə, 4 min il öncə əsası qoyulan Gəncə 2017-ci ildə MDB-nin Mədəniyyət paytaxtı seçilib. Gəncəyə hər il 400 min turist səfər edir. Onların əksəriyyəti Rusiyadandır. Gəncədən 50 km aralıqda MDB-nin ən populyar sağlamlaşdırma kurortu Naftalan yerləşir. **
R.Babayev