Vergilər Nazirliyi 2017-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 2 mlrd. 825 mln. 799,7 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Vergilər Nazirliyi 2016-cı ilin yanvar-may aylarında dövlət büdcəsinə 2 mlrd. 683 mln. 536,4 min manat məbləğində vergi və rüsum köçürüb. Beləliklə, 2017-ci ilin 5 ayı ərzində köçürmələrin həcmi 5,3% artıb.
"Vergi orqanları cari ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı artıqlaması ilə yerinə yetirib. Köçürmələrin faktiki həcmi 2 mlrd. 825 mln. 799,7 min manat təşkil edib (plan tapşırığı 104,7% yerinə yetirilib)", - deyə məlumatda qeyd edilir.
2017-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 7 mlrd. 510 mln. manat təşkil edir.*