“Unicapital” şirkəti 2017-ci ilin yanvar-may aylarında dövlət və korporativ qiymətli kağızlar bazarında (Repo əməliyyatları bazarı istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“Unicapital” hesabat dövründə 2 mlrd. 71 mln. 868,38 min manat məbləğində broker xidməti göstərib, bu məbləğin böyük hissəsi (1 mlrd. 200 mln. 919,597 min manat) səhmlərlə aparılan əməliyyatların payına düşüb.
Yanvar-may aylarının yekunları üzrə ikinci yeri 859 mln. 355,998 min manat məbləğində xidmət göstərmiş "Invest-Az” tutub, bu məbləğin böyük hissəsi - 858 mln. 769,315 min manat törəmə maliyyə alətləri ilə aparılan əməliyyatların payına düşüb.
Bu dövrdə üçüncü yerdə 794 mln. 574,765 min manat məbləğində xidmət göstərmiş “PASHA Capital” MMC qərarlaşıb, qeyd olunan məbləğin 605 mln. 984,659 min manatı dövlət istiqrazları ilə aparılan əməliyyatların payına düşüb.
Yanvar-may aylarında 6 investisiya şirkəti xidmət göstərib.*
N.Abbasova