“VTB Bank (Azerbaijan)” ASC kapitalın adekvatlığı tələblərini yerinə yetirir. Bu barədə bankın məlumatında deyilir.
“1 aprel 2017-ci il tarixinə bankın 1 və 2 dərəcəli kapitalının adekvatlığı əmsalı və məcmu kapitalının həcmi5% və 10% və 50 mln. AZN normativinə müvafiq olaraq 22,07%, 37,8% və 51,06 mln. manat təşkil edir”, - deyə məlumatda bildirilir.
Normativlərin icra edilməsi VTB-nin Baş ofisinin dəstəyi sayəsində mümkün olub.
“VTB Qrupu Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əldə edilmiş razılaşma çərçivəsində törəmə bankına 141,8 mln. manatdan çox əlavə vəsait yatırıb”, - deyə məlumatda qeyd olunur.*
A.Axundov