Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ticarət nümayəndəsi təyin edilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir. Bundan əvvəl Rusiya Federasiyasında və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.
“Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və Birləşmiş Ərəb Əmirlikləri investisiyalarının cəlb olunmasında önəmli olacaq”, - deyə məlumatda bildirilir.
Bu sahədə böyük təcrübəyə malik E.Əliyev Xarici İşlər Nazirliyi sistemində, İslam İnkişaf Bankında, Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasında çalışıb. İngilis, rus, fransız və ərəb dillərini sərbəst bilir.*
A.Əzizov