Azərbaycan Beynəlxalq Bankı (ABB) Business Process Management (BPM) texniki platformasının bazasında filial şəbəkəsində biznes proseslərinin optimallaşdırılması layihəsinə start verib. Bu barədə bankın məlumatında deyilir.
“Hazırda bu platforma ABB-nin Bakı şəhərindəki filiallarında tətbiq olunur. İlin sonuna qədər bankın bütün xidmət şəbəkəsinin bu sistemə keçidi planlaşdırılır. Adıçəkilən texniki məhsuldan dünyanın bir sıra aparıcı banklarının fəaliyyətində istifadə olunub və yüksək səmərə əldə edilib”, - deyə məlumatda bildirilir.
Bu məhsulun Azərbaycan Beynəlxalq Bankında da tətbiqi biznes proseslərinin avtomatlaşdırılmasına, işin effektivliyinin artırılmasına, müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcək. Biznes proseslərinin optimallaşdırılması Azərbaycan Beynəlxalq Bankının yerinə yetirdiyi strateji layihələrdən biridir.*
A.Əzizov