Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən 1,5 mlrd. manat məbləğində investisiya layihələrinə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbycan-Avropa İttifaqı biznes forumunda məlumat verib.
"Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən 154 layihəyə İTS verilib. Artıq 46 layihə həyata keçirilir”, - deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən 5 sənaye parkına $800 mln. investisiya yatırılıb və bu, 5 min iş yerinin açılmasına imkan verəcək.
“Növbəti mərhələlərdə $1,1 mlrd. məbləğində əlavə investisiya qoyuluşunun həyata keçirilməsi gözlənilir”, - deyə Ş.Mustafayev əlavə edib.*
A.Axundov