Azərbaycanla Aİ arasında imzalanması planlaşdırılan yeni saziş əməkdaşlığı daha da genişləndirəcək. Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard belə hesab edir.
"Ümid edirəm ki, Azərbaycanla Aİ arasında imzalanması planlaşdırılan yeni saziş əməkdaşlığı daha da genişləndirəcək", - deyə M.Mard Azərbaycan-Aİ biznes forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu saziş yeni imkanlardan maksimum yararlanmağa imkan verəcək. İqtisadi əməkdaşlıq da sazişdə əksini tapacaq. “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda xarici investisiyanın 50%-i Aİ ölkələrinin payına düşür”, - deyə M.Mard bildirib.
O vurğulayıb ki, Aİ Azərbaycanla qeyri-neft sektoru sahədə vacib tərəfdaş olmaq istəyir. Bununla əlaqədar ölkədə bu istiqamətdə islahatların aparılmasına köməklik etməyi planlaşdırır. **
F.İsazadə