Ötən gün Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 92 cinayət faktı qeydə alınıb, onların 27-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 54 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev