Brüssel Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində Bakıya səfərini mühüm hesab edir.
Y.Han iyunun 16-da Azərbaycana səfər edəcək.
“Bu səfər Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində vacibdir. Biz səbirsizliklə bunu gözləyirik”, - deyə Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə bildirib.
“Şərq tərəfdaşlığı” sammiti noyabrın 21-də Brüsseldə keçiriləcək. **
F.İsazadə