Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəyə səfər edən əcnəbi turistlərin sayının artdığını qeyd edib.
“Əgər ötən ilin 5 ayı ərzində Azərbaycana 768 min turist səfər edibsə, bu ilin analoji dövrü ərzində onların sayı 956 min nəfər təşkil edib. Bu da təxminən 200 min nəfər çoxdur”, - deyə Ə.Qarayev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, may ayında 211 min əcnəbi turist Azərbaycana gəlib, ötən il onların sayı 174 min nəfər olub.
“Turistlərin sayının artımı viza rejiminin sadələşdirilməsi ilə əlaqədardır”, - deyə Ə.Qarayev vurğulayıb. **
R.Babayev