Azərbaycanda bank sektorunun əsas problemi onun yüksək dollarlaşma səviyyəsidir. “Moody`s Financial Institution Group”un kredit məsələləri üzrə vitse-prezidenti Olqa Ulyanova belə hesab edir.
“Hazırki vəziyyətdə (yüksək dollarlaşma səviyyəsi halında - İF) aktivlərin iri həcmi yeni məzənnə ilə hesablanır. Nəticədə, bank kapitalına təsir artır. Hələ dünən sağlam görünən banklar minimum kapitala malik olmaq səviyyəsinə düşə bilərlər”, deyə O.Ulyanova “Maliyyə risklərinin təhlilində kredit reytinqlərinin rolu” mövzusunda seminarda çıxışında bildirib.
Onun sözlərinə görə, devalvasiya zamanı kredit riskləri də artır. “Borc alanların heç də hamısı lazımi səviyyədə hecləşdirilməyib (yəni yeni məzənnə ilə ödəniş həyata keçirməyə imkan verən valyuta mədaxilinə malikdirlər -İF). Bundan başqa, əksər müştərilər valyutaya çevirmək üçün banklardan əmanətlərini geri götürərək heç də hər zaman həmin məbləği geri banka gətirmirlər” - deyə O.Ulyanova vurğulayıb. **
A.Əzizov