Milli Məclisin sədri Oqtay Əsədov Tehranda törədilmiş terror aktları ilə əlaqədar İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaniyə başsağlığı məktubu göndərib. Bu barədəparlamentin mətbuat xidmətindən məlumat verilib.
“Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi çox kədərləndirdi”, - deyə məktubda bildirilir.
O.Əsədov vurğulayıb ki, Azərbaycan parlamenti Tehranda törədilmiş bu terror aktlarını qəti şəkildə pisləyir. “Bu qanlı cinayət hadisəsi bir daha göstərir ki, terrorçuluq bütün dünya üçün dəhşətli bir bəlaya çevrilib və biz parlamentarlar onun bütün təzahürlərinə qarşı birgə mübarizə aparmaq üçün səylərimizi əsirgəməməliyik”, - deyə o qeyd edib.*
R.Babayev