Düşənbə Azərbaycanla qarşılıqlı münasibətlərinin yeni praktiki məzmun kəsb etməsində maraqlıdır. Bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon bəyan edib.
“Biz Tacikistan-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatmasını qiymətləndiririk və ölkələrimizin müasir qarşılıqlı münasibətlərinin yeni praktiki məzmun kəsb etməsində maraqlıyıq”, - deyə E.Rəhmonun Azərbaycan prezidentiİlham Əliyevə iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümü münasibətilə ünvanladığı məktubda deyilir.
O əmin olduğunu bildirib ki, “xalqlarımızın və dövlətlərimizin köklü maraqlarına cavab verən Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinə ümumi səylərimizlə daha böyük səmərə və dinamizm verə bilərik”. **
F.İsazadə