Azərbaycan Respublikası Dağıstanın ən böyük ənənəvi xarici ticarət tərəfdaşıdır.Bu sözləri Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov deyib.
“Azərbaycan və Dağıstan xalqlarını tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır, bizim mədəniyyətimizdə, dinimizdə ortaq cəhətlər çoxdur. Azərbaycan Respublikası Dağıstanın ən böyük ənənəvi xarici ticarət tərəfdaşıdır. Biz Azərbaycan rəhbərliyinin qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək, müxtəlif sahələrdə müştərək perspektivli layihələr həyata keçirmək üçün səmimi səylərini yüksək qiymətləndiririk”, - deyə R.Abdulatipov 28 may – Respublika Günü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq tərəflər dostluq və səmərəli qarşılıqlı əlaqələri qoruyub saxlamaq naminə bundan sonra da səyləri artıracaq.*
F.İsazadə