2017-ci ilin yanvar-may aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 669 mln. 888 min manat vergi ödəyib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 19% çoxdur. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
May ayında SOCAR tərəfindən dövlət büdcəsinə 139 mln. 586 min manat vergi ödənilib.
Yanvar-may ayları ərzində şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 62 mln. 460 min manat (artım 8,9%), mayda 12 mln. 945 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 395,421 min manat vergi ödəyib.
SOCAR-ın 2017-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 280 mln. manat səviyyəsində müəyyən edilib. **
N.Abbasova