Ötən gün Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 95 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 68 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.*
R.Babayev