"Caspian Development Bank" ASC ("CDB Bank") Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) üzv banklarının reyestrindən çıxarılıb. Bu barədə Fonddan məlumat verilib.
"Caspian Development Bank" ASC "AtaBank" ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Əmanətlərin Sığortalanması Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib”, - deyə məlumatda deyilir.
Bununla Fonda üzv bankların sayı 31 olub.
İyunun 1-də “AtaBank” və “Caspian Development Bank” (CDB) konsolidasiya prosesinin uğurla başa çatdırılması haqqında bəyan ediblər. Konsolidasiya nəticəsində “AtaBank”ın məcmu kapitalı 142,8 mln. manatadək artıb.Bankın aktivləri 607.3 mln. manat təşkil edib. Müddətli əmanət portfeli 222,7 mln. manata çatıb. “AtaBank”ın bu günə kredit portfeli 546,1 mln manat təşkil edir. **
A.Axundov