SOCAR “Günəşli” yatağındakı yeni quyunu qazmadan sonra istismara verib. Bu barədə şirkətin saytında məlumat verilir.
31 nömrəli quyu 11 nömrəli dərin dəniz özülündən qazılıb.
Quyu sutkalıq 16 ton kondensat və 110 000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.*
N.Abbasova