Vergilər Nazirliyi cari ilin yanvar-may aylarında işçilərlə əmək müqaviləsi bağlamayan sahibkarları 1,6 mln. manat məbləğində cərimə edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1,965 min nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, qeyd olunan dövrdə bir sıra şirkətlərdə işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.*
F.İsazadə