Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən “Kapital Bank” ASC-nin “Masallı” şöbəsinin açılmasına icazə verilib. Bu barədə MBNP-dən məlumat verilib.
Həmçinin, Palatanın qərarına əsasən,“Xalq Bank” ASC-nin 1 saylı “Bilgəh” mübadilə şöbəsinin icazəsi ləğv edilib. Bank müraciətində əsas səbəb kimi şöbənin fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər müqabilində əldə edilən maliyyə faydasının qeyri-səmərəli olması göstərilib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).
“Xalq Bank” 30 dekabr 2004-cü il tarixində bank fəaliyyətinə lisenziya alıb. Bank aktivlərin həcminə görə araıcı bankların beşliyinə daxildir. **
A.Axundov