İyunun 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana səfəri başlayır. Bu barədə təşkilatın saytında məlumat verilir.
İyunun 14-də başa çatacaq səfər çərçivəsində həmməruzəçilər ölkə prezidenti, parlament sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin üzvləri, baş prokuror, Ali Məhkəmənin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Ombudsmanla görüşü nəzərdə tutulub.
S.Şennak və S.Preda vətəndaş cəmiyyətinin üzvləri, bir qrup keçmiş məhkum və hazırda həbsdə olan şəxslər, parlamentdə təmsil olunmayan partiyaların üzvləri ilə də görüşəcəklər.*
R.Babayev