2017-ci ilin may ayında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 mln. 633,964 min kvadratmetr ərazi yoxlanılıb, 501 min ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Həmçinin, 404 ədəd PHS və 810 ədəd tank əleyhinə və 16 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 489 nəfər minaaxtaran mütəxəssis və 136 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 402 mln. 398,761 min kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 761,889 min ədəd təşkil edir.
ANAMA mütəxəssisləri təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Qəbələ, Siyəzən, Tərtər və Qaradağ rayonlarında, eləcə də Güzdək qəsəbəsində, Gəncə və Mingəçevirdə davam etdirirlər. **
R.Babayev