Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 12-də keçirilən növbəti depozit hərracında 200 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB iyunun 12-də növbəti depozit hərracı keçirib. Hərracda təklif 387,8 mln. manat təşkil etsə də, Mərkəzi Bank 150 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 12,01% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsait 14 gün müddətinə cəlb olunub.
Qeyd edək ki, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
A.Əzizov