2017-ci ilin yanvar-may aylarında Azərbaycana 2,657 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 2,24 min ədəd avtomobil (artım 15,5%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Yanvar-may aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 347 ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,7 dəfə) və 34 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 41,4%) idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 36 ədəd motorlu nəqliyyat vasitəsi (artım 12,5%) gətirilib.*
N.Abbasova