Şənbə günü Sumqayıtda zəhərələnən 50-ə yaxın uşaq hələ də xəstəxanalarda qalır.
“Çiy sudan zəhərlənən 46 uşağın xəstəxanalarda stasionar müalicəsi davam edir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, xəstəxanada olan uşaqların vəziyyəti stabildir.
“Tezliklə onlar evə yazılacaqlar”, - deyə S.Əhmədova insidentdən 136 uşaq zərər çəkib.
Xəbər verildiyi kimi, şənbə günü 2-5 yaş arası uşaqlar kütləvi zəhərlənmə diaqnozu ilə Sumqayıt xəstəxanasına çatdırlıb. Onların əksəriyyətində kəskin mədə-bağırsaq infeksiyası aşkar olunub. **
R.Babayev