Bakı şəhərində “AtaBank” ASC-nin yeni"Sahil"şöbəsi fəaliyyətə başlayıb. Bu barədə bankdan məlumat verilib.
“Puşkin küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir”, - deyəı məlumatda deyilir.
Yeni açılmış şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri təklif olunur.
Hazırda “AtaBank”ın filial şəbəkəsinə 31 filial və şöbə daxildir.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və Azərbaycanın aparıcı 10 bankına daxildir. **
A.Axundov