Fövqəladə Hallar Nazirliyinin DövlətYanğındanMühafizə Xidmətinin əməkdaşları bu gün yanğın baş verən binanın 5 sakinini təxliyə ediblər. Bu barədə FHN-dən məlumat verilib.
“Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 6 p.m elektrik kabeli yanıb”, - deyə məlumatda deyilir.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.
“Yanğın 14:11 radələrində söndürülüb”, - deyə məlumatda deyilir. **
R.Babayev