Milli Məclis bu gün keçirilən növbədənkənar plenar iclasda mövcud qanunvericiliyə həyatın müxtəlif sahələrində nağdsız hesablaşmaların tətbiqini nəzərdə tutan dəyişiklikləri qəbul edib.
"Turizm haqqında", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Bələdiyyə qulluğu haqqında", "Əmək pensiyaları haqqında","Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsihaqqında" qanunlarına və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər qəbul olunub.
Həmin düzəlişlərə əsasən, əməkdaşlara, bütün növ sosial müavinətlərin, əmək pensiyalarının ödənişi yalnız nağdsız şəkildə həyata keçirilməlidir.
"Turizm haqqında" qanuna dəyişikliklər turizm agentlikləri ilə əməliyyatlar zamanı yalnız nağdsız hesablaşmaların tətbiqini nəzərdə tutur. **
R.Babayev