İyunun 13-də prezident İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev Fəxri xiyabanda N.Əliyevin məzarının önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramını bildirib”, - deyə məlumatda qeyd olunur.
Dövlət başçısı N.Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verib.*
N.Abbasova