Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb”, - deyə məlumatda deyilir.
İyun ayının 16-dək davam edəcək təlimlərdə 5 min nəfərədək şəxsi heyət, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnika cəlb olunub. **
A.Əzizov