Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 17 mlrd. 505,7 mln. manat təşkil edib və proqnozun 104,1% icra olunub. Ötən il dövlət büdcəsinin gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29%-ni təşkil edib. 2015-ci illə müqayisədə gəlirlər 1%-dən az və ya 7 mln. 714,8 min manat artıb.
Dövlət büdcəsinin xərcləri 17 mlrd. 751,3 mln. manat, icra səviyyəsi proqnozdan 96% təşkil edib. 2016-cı ildə büdcənin xüsusi çəkisi ÜDM-in 29,4%-ni təşkil edib.
2016-cı ildə Azərbaycanın dövlət büdcəsinin faktiki kəsiri 254 mln. 604,1 min manat və ya ÜDM-in 0,4%-i səviyyəsində olub, bu da 1 mlrd. 673 mln. manat həcmində təsdiq olunan proqnozdan aşağıdır. **