Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanla sərhəddə “Sınıq Körpü” gömrük-keçid məntəqəsində logistika mərkəzi yaratmağı planlaşdırır. Bu barədə bu gün jurnalistlərə komitə sədri Aydın Əliyev məlumat verib.
“DGK "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzinin inşası üçün Avropa İttifaqının (Aİ) dəstəyi ilə burada müəyyən dəyişikliklər etməyi planlaşdırır. Artıq bununla bağlı müəyyən işlərin görülməsinə başlanılıb. Gürcüstan ərazisində də Aİ-nin dəstəyi ilə müxtəlif laboratoriyalar tikiləcək”, - deyə o bildirib.
A.Əliyevin sözlərinə görə, Azərbaycan ərazisində kifayət qədər vəsait tələb edən böyük işlərin görülməsi planlaşdırılır.*
N.Abbasova