Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 72 mln. ABŞ dolları, Azərbaycan tərəfindən isə Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Bu braədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria ilə görüşdə Ş.Mustafayev qeyd edib ki, Azərbaycanda 280-ə yaxın Gürcüstan, bu ölkədə isə 200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib.
G.Qaxaria iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib
“Nazirlər Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gedişi, tranzit daşımalarının artırılması və bu sahədə vahid tariflərin tətbiqi, kənd təsərrüfatı, ticarət, investisiya, İKT və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər”,- deyə nazirliyin məlumatında deyilir.
Tərəflər həmçinin, Azərbaycan və Gürcüstanın tranzit imkanlarının Çində birgə təqdimatının keçirilməsi, üçüncü ölkələrə birgə ixrac, ticarətin genişləndirilməsi, Azərbaycan peyklərinin imkanlarından istifadə edilməsi məsələlərini müzakirə ediblər. **
A.Əzizov