Tallin Bakının Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişaf etməsində maraqlı olduğunu görür. Bu sözləri Estoniya xarici işlər naziri Sven Mikser deyib.
«Biz Azərbaycan rəhbərliyinin həm Estoniya, həm də Aİ ilə münasibətlərin inkişafında maraqlı olduğunu görürük», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Nazir Azərbaycana səfərinin yekunlarından razı qaldığını söyləyib.
«Mən həmkarım Elmar Məmmədyarov, eləcə də baş nazir və nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri tərəfindən təşkil olunan səmimi qəbuldan çox razıyam. Ümidvaram ki, həm Bakıda, həm də Tallində görüşlər keçirmək üçün daha çox imkanımız olacaq», - deyə S.Mikser qeyd edib.
S.Mikserlə müsahibənin tam mətni tezliklə www.interfax.az saytında dərc ediləcək.*
F.İsazadə