Bakı və Tallin arasında nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayacaqlar. Bu barədə Estoniyanın xarici işlər naziri Sven Mikser bəyan edib.
“İyunun 12-də Azərbaycana səfər zamanı nəqliyyat sahəsində sazişin imzalanmasını müzakirə etdik. Bunun sentyabrda Tallində müvafiq nazirlər səviyyəsində görüş zamanı baş verəcəyinə ümid edirik”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
S.Mikserin sözlərinə görə, Bakıya səfəri çərçivəsində tərəflər həmçinin ASK sahəsində əməkdaşlıq üçün vacib olan baytarlıq və fitosanitariya sahəsində sazişlərin imzalanması imkanlarını müzakirə ediblər. “Azərbaycan tərəfindən təkliflər daxil olub və ekspertlərimiz onlara baxır. Ümid edirəm ki, yaxın zamanda onların imzalanması məqsədilə nazirlər səviyyəsində görüş təşkil edə biləcəyik”, - deyə o qeyd edib.
S.Mikser vurğulayıb ki, Tallin Avropa İttifaqı Şurasında Estoniyanın sədrliyi zamanı nazirlərin görüşündə Bakının sıx iştirakını gözləyir. “Müxtəlif sahələrdə nazirlər səviyyəsində görüşlərdə Azərbaycanın sıx iştirakını gözləyirik. Həmçinin, ümid edirik ki, Avropa İttifaqı Şurasında sədrliyimiz işgüzar dairələr, vətəndaş cəmiyyətini, liderlərin yaxınlaşmasına yardım edəcək”, - deyə nazir bəyan edib.
S.Mikserlə müsahibənin tam mətni tezlikləwww.interfax.azsaytında dərc ediləcək.**
F.İsazadə