Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevi 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
“Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görəCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevi 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilir”, - deyə sənəddə deyilir.
Xəbər verildiyi kimi, 200-dən artıq ailə ötən ilin aprel döyüşlərindən sonra yaşamaq üçün təhlükəsiz olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq istədiyini bildirib.
Aprel döyüşlərinədək Lələ Təpə işğal altında idi. Cocuq Mərcanlı kəndi Lələ Təpədən istənilən an vurula bilərdi. Ona görə də orada yaşayış təmin olunmamışdı. Ötən ilin aprelində Lələ Təpə azad ediləndən sonra o kənddə yaşamaq imkanı yarandı, təhlükə sovuşdu.
Onun sözlərinə görə, kənd sakinlərinin istəyi barədə prezidentə məlumat verilib və dövlət başçısı sərəncam imzalayıb, O vəsait həmin kənddə ilk 50 fərdi yaşayış evinin və bir məktəb binasının tikintisinə yönəlib.
Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, birinci mərhələdə Cocuq Mərcanlı kəndində 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə 4 mln. manat vəsait ayırılıb. **
R.Babayev