Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir sıra kredit təşkilatlarının lisenziyalarını ləğv edib. Bu barədə Palatadan məlumat verilib.
MBNP 21 kredit ittifaqı və bir bank olmayan kredit təşkilatının (BOKT) lisenziyalarını ləğv edib.
Məlumata görə, həmin təşkilatlar bir il müddətində bank fəaliyyəti həyata keçirməyiblər və maliyyə hesabatları təqdim etməyiblər, o cümlədən bir sıra digər nöqsanlara yol veriblər.
1 may 2017-ci il tarixinə 47 BOKT və 97 kredit ittifaqı fəaliyyət lisenziyasına malikdir. **
A.Axundov